İspan pop ulduzu yeni albomu ilə rekorda imza atıb

İspan pop ulduzu yeni albomu ilə rekorda imza atıb
18 noyabr 2025
# 10:50

İspan ulduz Rosalia yeni "LUX" albomu ilə qlobal Spotify siyahılarında birinci yerə yüksələrək Teylor Svifti geridə qoydu.

Kulis.az xəbər verir ki, üç il ərzində hazırlanan və 13 dildə vokal və bəstələrdən ibarət olan albom ilk həftəsində dünya üzrə ən çox dinlənən albom oldu.

"LUX" həmçinin ilk günündə 42 milyondan çox dinlənmə ilə ispandilli albomlar arasında yeni rekorda imza atıb.

Qeyd edək ki, maksimalist tərzi ilə seçilən albom müxtəlif müqəddəslərin hekayələrindən tutmuş sevgi, itki və ölüm mövzularına qədər geniş emosional spektri əhatə edir.

# 69 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər