İranda azərbaycanlı musiqiçi həbs olundu

Məsumə Bənagər

Məsumə Bənagər

4 fevral 2023
# 10:40

İranda azərbaycanlı musiqiçi Məsumə Bənagər həbs olunub.

Kulis.az xəbər verir ki, İranın Hüquq Müdafiəçiləri Agentliyindən bildirilib, buna səbəb Bənagərin rejim qüvvələri tərəfindən qətlə yetirilən Cavad Heydərin anım mərasimində iştirak etməsi olub.

O, yanvarın 30-da İranın Qəzvin şəhərindəki Ədliyyə İdarəsinə çağırılaraq orada həbs edilib.

Qeyd edək ki, Bənagər həm də uşaqlara musiqi dərsləri verirdi.

# 1059 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #