İosif Kobzonun mənzili satışa çıxarıldı

İosif Kobzonun mənzili satışa çıxarıldı
3 iyun 2026
# 14:00

Mərhum rusiyalı müğənni İosif Kobzonun elit penthausu qapalı şəkildə satışa çıxarılıb.

Kulis.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Söhbət Yeni Arbat küçəsindəki "Grubber House" yaşayış kompleksinin 16-cı mərtəbəsində yerləşən 600 kvadratmetrlik mənzildən gedir. Qeyd olunur ki, mənzilin interyeri və təmiri Kobzonun vəfatından bəri dəyişdirilmədən, olduğu kimi saxlanılıb. Hazırda bu bahalı daşınmaz əmlak sənətçinin xanımı Ninel Kobzona məxsusdur.

Nəhəng penthausun düz 1 milyard rubla satılması planlaşdırılır. Nəşrin məlumatına görə, müqavilə ictimailəşdirilmir və mənzilə səssiz-səmirsiz, mediadan gizli şəkildə alıcı axtarılır.

Xatırladaq ki, SSRİ xalq artisti İosif Kobzon 30 avqust 2018-ci ildə vəfat edib.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər