İnsan Hüquqları Gününə həsr olunmuş sərgilər açıldı

İnsan Hüquqları Gününə həsr olunmuş sərgilər açıldı
18 iyun 2026
# 16:00

Milli Kitabxanada “18 İyun – Azərbaycanda İnsan Hüquqları Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, sərgilərdə insan hüquqları haqqında beynəlxalq müqavilələr toplusu, insan hüquqları haqqında ümumi bəyannamə, Ümummilli Lider Heydər Əliyevin siyasi-hüquqi irsi: hüquqi dövlət və insan hüquqlarının təminatı, gender bərabərliyi, insan alverinə qarşı mübarizə, uşaq hüquqları, şəxsi və ailə həyatına hörmət hüququ ilə bağlı kitablar, dövri mətbuatda dərc edilən materiallar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

# 71 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər