İngiltərədəki həmkarlarından Hollivud aktyorlarına dəstək

İngiltərədəki həmkarlarından Hollivud aktyorlarına dəstək
19 iyul 2023
# 16:30

Kino dünyasının mərkəzi olan Hollivudda yazıçıların ardınca aktyorların tətilə çıxmasına İngiltərədəki həmkarlarından dəstək gəlib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin aktyorlar birliyi "Equity" SAG-AFTRA-nın tətilinə dəstək üçün cümə günü iki mitinq keçirəcəyini açıqlayıb.

"Qardaş həmkarlar ittifaqımız ABŞ-də tətil edir, ədalətli müqavilə üçün mübarizə aparır. Onlar bizim də İngiltərədə qarşılaşdığımız problemlərlə üzləşir. Həmrəyliyimizi göstərin. 21 iyul cümə günü saat 12:00-da bizə qoşulun!".

Dəstək mitinqlərindən, birinin Mançesterdəki Media City-də, digərinin isə Londonun kino mərkəzi olan Leicester Square-də olacağı bildirilib.

Qeyd edək ki, "Equity"nin Böyük Britaniyada 50.000-ə yaxın üzvü var. Onların keçirəcəyi dəstək mitinqi isə Böyük Britaniya qanunlarına görə qeyri-qanunidir.

# 496 dəfə oxunub

Müəllifin son yazıları

# # #