III Beynəlxalq Opera Festivalı keçiriləcək

III Beynəlxalq Opera Festivalı keçiriləcək
12 avqust 2026
# 11:05

Tanınmış opera müğənnisi, Xalq artisti Fidan Hacıyevanın anadan olmasının 50 illiyi və onun 30 illik sənət karyerası münasibətilə paytaxtda III Beynəlxalq Opera Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, sentyabrın 7-də başlayacaq və üç ay davam edəcək genişmiqyaslı festival Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi və Xalq artisti Fidan Hacıyevanın iştirakı, Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçiriləcək. Festival ölkənin müxtəlif bölgələrini əhatə edəcək.

Festival çərçivəsində təqdim olunan bir sıra konsert proqramları Azərbaycanın hüdudlarından kənara çıxacaq və dünyanın bir sıra ölkələrində milli operamızın zənginliyini nümayiş etdirəcək.

Üç ay davam edəcək Beynəlxalq Opera Festivalının bağlanış mərasimi dekabrın 7-də Heydər Əliyev Sarayında Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi və Niyazi Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçiriləcək.

Qeyd edək ki, həmin axşam Xalq artisti Fidan Hacıyeva İspaniyanın məşhur Flamenko Simfonik Orkestri ilə birlikdə çıxış edəcək.

# 100 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər