İftixar Piriyev “Çingiz Aytmatov” medalı ilə təltif edildi

İftixar Piriyev “Çingiz Aytmatov”  medalı ilə təltif edildi
16 oktyabr 2025
# 10:24

Əməkdar mədəniyyət işçisi, şair, dramaturq, aktyor, rejissor İftixar Piriyev nüfuzlu beynəlxalq mükafata layiq görülüb.

Kulis.az xəbər verir ki, “Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu” Rəyasət Heyətinin qərarı ilə incəsənət vasitəsilə xalqlar arasında sülhün və dostluğun möhkəmləndirilməsində müstəsna xidmətlərinə, türkdilli xalqların ortaq mədəni irsinin təbliğinə, xüsusilə Azərbaycan-Qırğızıstan ədəbi və teatr əlaqələrinin inkişafına verdiyi mühüm töhfəyə görə İftixar Piriyev “Çingiz Aytmatov” medalı ilə təltif edilib.

O, “Beynəlxalq İssık-Kul Forumu” çərçivəsində baş tutacaq fəxri “Çingiz Aytmatov” medalının təqdimetmə mərasimində iştirak etmək üçün Bişkekə dəvət olunub.

# 94 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər