"Spider-Man: Brand New Day" filmi kassada tarixi uğura imza atıb.
Kulis.az xəbər verir ki iyulun 31-də nümayiş olunmağa başlayan ekran işi artıq bütün zamanların ən çox gəlir gətirən dördüncü filmi olub.
Dünya üzrə 2,332 milyard dollar gəlir əldə edən son "Hörümçək-adam" macərası Ceyms Kameronun 1997-ci il istehsalı "Titanik" (2,264 milyard dollar) və 2025-ci il Çin animasiyası "Ne Zha 2" (2,270 milyard dollar) filmlərini geridə qoyub.
Rejissor Destin Daniel Krettonun ekranlaşdırdığı və Tom Hollandın baş rolunu canlandırdığı film, həmçinin 2 milyard dollar həddini ən sürətli keçən ikinci ekran işi kimi tarixə düşüb.
Ekran işinin tezliklə "Avatar: The Way of Water" filmini də geridə qoyaraq siyahının ilk üçlüyünə daxil olacağı gözlənilir.
Siyahıda hazırda birinci yeri "Avatar" (2,923 milyard dollar), ikinci yeri isə "Avengers: Endgame" (2,797 milyard dollar) tutur.
“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur