Hollivud ulduzunun sevgi məktubları üzə çıxdı

Hollivud ulduzunun sevgi məktubları üzə çıxdı
5 mart 2024
# 11:30

Hollivud ulduzu Ben Afflek müğənni Cennifer Lopezdən gələn sevgi məktublarını saxlayıb.

Kulis.az xəbər verir ki, bu, Cennifer Lopezin "Heç vaxt danışılmamış ən böyük sevgi hekayəsi" adlı sənədli filmində məlum olub.

Filmdə Afflekin məktubları saxladığı albom nümayiş olunub, orada cütlüyün biri-birinə yazdığı 20 il əvvəlki və indiki yazıların olduğu üzə çıxıb.

Bu hərəkətinə görə Afflek, keçmiş həyat yoldaşı Cennifer Qarnerin pərəstişkarları tərəfindən qınanılıb.

Qeyd edək ki, Cennifer Lopez və Ben Afflek 2002-ci ildə "Cersidən olan qız" filminin çəkilişində tanış olublar. Onlar 2004-cü ildə evlənməyi planlaşdırsalar da, toya bir neçə gün qalmış ayrılıblar.

# 396 dəfə oxunub

Müəllifin son yazıları

# # #