Hərracda rekord qiymətə satılan meteoritlə bağlı araşdırma başlandı

Hərracda rekord qiymətə satılan meteoritlə bağlı araşdırma başlandı
12 avqust 2025
# 17:22

Marsdan düşdüyü güman edilən 25 kiloqramlıq daşın keçən ay Nyu Yorkdakı "Sotheby's" hərracında 5 milyon dollardan çox qiymətə satılmasından sonra meteoritin tapıldığı Niger onun ölkədən qeyri-qanuni yolla çıxarılması ilə bağlı araşdırmalara başlayıb.

Kulis.az xəbər verir ki, dünyada indiyə kimi tapılmış ən böyük meteorit olan "NWA 16788" (Şimal- qərbi Afrikanın qısaldımış adı) Manhettendə satışa çıxarılıb. Səma cismi 9 ay öncə Nigerdə səhraların birində tapılmışdı.

Daşın 140 milyon millik yolu gəlib yerə düşməsinə bir asteroidin Marsın səthinə çarpması səbəb olub.

Daş yerli xalq tərəfindən beynəlxalq dilerə satılıb. Ordan sonra Florensiyada nümayiş olunduğu və məlum auksion evinə satıldığı bilirilib. Qeyd edək ki, hərrac evi isə qaçaqmalçılıq iddialarını qəti şəkildə rədd edib.

# 138 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər