Hemsvortdan Bred Pitt etirafı

Hemsvortdan Bred Pitt etirafı
6 may 2024
# 13:35

“Qara geyimli adamlar”, “Qisasçılar”, “Dənizin ortasında” və “Qələbəyə tələs” kimi filmlərlə tanınan avstraliyalı aktyor Kris Hemsvort oğlunun adını qoyarkən Bred Pittdən ilham aldığını açıqlayıb.

Kulis.az xəbər verir ki, aktyor oğlunun adını Bred Pittin "Ehtiras küləkləri" filmindəki obrazından təsirlənərək Tristan qoyduğunu deyib.

Chris Hemsworth'ten Brad Pitt itirafı - 1

40 yaşlı aktyorun Elza Pataki ilə evliliyindən Tristan, Saşa və İndia adlı üç övladı var.

O, genetik olaraq Alzeymerə meylli olduğunu və bir müddət aktyorluğa fasilə verəcəyini açıqlamışdı. Aktyor Hollivudu tərk etdiyi ilə bağlı iddiaları cavabsız qoymayıb:

"Haqqımda çıxan xəbərlər məni çox əsəbiləşdirdi, çünki bu məsələ ilə bağlı həssas idim və bunu paylaşmaq ehtiyacı hiss etmişdim".

# 242 dəfə oxunub

Müəllifin son yazıları

# # #