Həkim Brüs Uillisin təxmini nə qədər ömrü qaldığını açıqladı

Həkim Brüs Uillisin təxmini nə qədər  ömrü qaldığını  açıqladı
26 iyul 2025
# 16:17

Tanınmış aktyor Brüs Uillisin təxmini nə qədər ömrü qaldığı açıqlanıb.

Kulis.az xəbər verir ki, həkim Roman Fişkin bildirib ki, alın- gicgah demensiyası diaqnozu qoyulmuş aktyor Brüs Uillisin yaşamaq ehtimalı 3-5 il aralığındadır.

Onun sözlərinə görə, aktyora 2022-ci ildə bu diaqnoz qoyulub və bu tip demensiya orta hesabla 6-8 il davam edir. Həkim əlavə edib ki, əgər xəstəliyə amyotrofik lateral skleroz da qoşularsa, ömrü daha da qısala bilər.

Qeyd edək ki, Bruс Uillisin vəziyyətinin son günlərdə pisləşdiyi bildirilir.

# 179 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #