Həbsdə olan yazıçının yeni kitabı çap olundu

Həbsdə olan yazıçının yeni kitabı çap olundu
7 iyul 2022
# 18:30

Yazıçı Müşfiq Abbasovun real hadisələr əsasında qələmə aldığı "Qan haqqı"detektiv romanı işıq üzü görmüşdür.

Kulis.az xəbər verir ki, romandakı hadisələr iki xətt üzrə cərəyan edir. Biznesdə uğurlar əldə edən dostlardan birinin səhvi, ətrafında olan hər kəsin həyatına təsir edir. İçində olan şeytani hissləri boğa bilməyən Tərlanın hərəkətləri günümüzün reallıqlarını xatırladır.

O, xəyanəti yalnız həyat yoldaşına deyil, yaxşı dostlarına da edir. Dostlardan birinin qəflətən müəmmalı qətli isə hamını, o cümlədən Tərlanıda çaşdırır. Nəticədə Tərlan həbs olunur. Məhz bu dönəmlərdə ucqar rayonların birində azyaşlı qız yoxa çıxır. Axtarışlar nəticə vermir. Bir aydan sonra aşkar olunan yandırılmış qız meyiti hər kəsi sarsıdır. İstintaq orqanı azyaşlı qızı öldürməkdə Mahiri günahkar bilərək həbsə salır.

Mahir isə israrla günahsız olduğunu bildirir.Tərlanla Mahir istintaq təcridxanasında eyni kamerada saxlanılır. Əslində, hər iki qətli törədən kimlərdir?Əsərin sonunda qanunla ədalətin bir-biri ilə mübarizəsi önə çəkilir. Kəskin süjet xəttinə malik "Qan haqqı" romanı milli detektiv janrına yeni bir tövhədir.
M.Abbasov romanı Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xatirəsinə ithaf etmişdir

"Qanun" nəşriyyatı tərəfindən çap olunmuş"Qan haqqı" romanını"Bakı Kitab Mərkəzi" , "Libraft" , "Ali və Nino" , habelə "Oyal" kitab mağazalarından əldə edə bilərsiniz.

Qeyd edək ki. müəllif hazırda həbsdədir.

# 1915 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #