Gülzar Qurbanova: "36 yaşlı “YUĞ” nə vaxt bina ilə təmin olunacaq?"

Gülzar Qurbanova: "36 yaşlı “YUĞ” nə vaxt bina ilə təmin olunacaq?"
15 dekabr 2025
# 12:50

Əməkdar artist Gülzar Qurbanova “YUĞ” teatrının hələ də öz binasının olmamasına etiraz edib.

Kulis.az xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında arxiv fotosu paylaşaraq 36 illik teatrın taleyindən narahatlığını ifadə edib:

"Gördüyünüz bu şəkil nə vaxtsa XIX əsrdə inşa olunmuş Bakı milyonçusu Murtuza Muxtarov 83 ünvanında yerləşən tarixi köhnə hamam olan, 2003-cü ildən etibarən, Azərbaycan Dövlət “YUĞ” Teatrının məskunlaşdığı məkanda 2005-ci ildə çəkilmiş və divardan ağ-qara asılmışdı. Vaqif İbrahimoğlu günlərimdən qalan xatirələr... Dahi Ustadım!

35 il teatrla birlikdə yaşamaq, onun hər uğuruna, hər çətinliyinə şahid olmaq böyük bir ömürdür.

Görəsən 36 yaşlı “YUĞ” teatrı nə vaxt bina ilə təmin olunacaq?"

Bir bir və ya daha çox şəxs və gülümsəyən insanlar şəkili ola bilər

# 386 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər