Gizli məzarlar, qədim sirlər - Qumların altından şəhər çıxdı

Gizli məzarlar, qədim sirlər -  Qumların altından şəhər çıxdı
23 iyul 2025
# 13:00

Türkiyənin Mersin şəhərinin Erdemli mahalının Ayaş qəsəbəsində yerləşən Elayussa Sebaste antik şəhərində qazıntılara başlanılıb.

Kulis.az xəbər verir ki, antik şəhərin qazıntılarına amerikan və italyan alimlər də qoşulacaq və türk alimlərin rəhbərliyi altında davam edəcək.

Şəhərin tarixi haqqında məlumat verən Kastamonu Universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin Arxeologiya Şöbəsinin müəllimi Hatice Asena Kızılarslanoğlu deyib:

"Elayussa Sebaste eramızdan əvvəl II əsrdən eramızın VII əsrinin əvvəllərinə qədər istehsal, ticarət və iqtisadiyyat baxımından güclü bir liman şəhəri idi".

Qeyd edək ki, nekropol ərazisində təmizlik işlərinin tamamlanmaq üzrə olduğu və bir çox türbənin gün üzünə çıxarıldığı da bildirilib.

# 166 dəfə oxunub

Müəllifin son yazıları

# # #