Gənc Tamaşaçılar Teatrı Sumqayıtda qastrol səfərində oldu

Gənc Tamaşaçılar Teatrı Sumqayıtda qastrol səfərində oldu
27 mart 2023
# 10:30

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən teatrların bölgələrə qastrol səfərləri davam edir.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı martın 26-da Sumqayıt Dövlət Dram Teatrında “Dəcəl keçi” tamaşası ilə çıxış edib.

Pərvin Nurəliyevanın “Dəcəl keçi” əsəri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludır.

Tamaşada rolları Səbinə Məmmədzadə, İlqarə Tosova, Zümrüd Quliyeva, Anar Seyfullayev, Yusif Dadaşov, Eyvaz İbrahimov və Vahid Orucoğlu canlandırıblar.

Qeyd edək ki, kiçikyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin əsas ideyası keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlərin tənqididir.

# 832 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #