Gənc rəssamın fərdi sərgisi açıldı

Gənc rəssamın fərdi sərgisi açıldı
1 oktyabr 2025
# 13:10

M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada gənc istedadlar müsabiqəsinin qalibi olan gənc rəssam Fatimə Babazadənin fərdi sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə gənc rəssamın çəkdiyi “Göygöl”, “Günəşin qürubu” “Ağ yelkənli gəmi”, “Ovalıq” və s. rəsmləri nümayiş olunur. “Trio qızlar” əsəri böyük maraq doğurur. Burada insan, xəyallar, insanın ruhani halı əks olunur.

Rəssamın Van Qoqun motivləri əsasında çəkdiyi rəsmlər özünəməxsusluğu ilə seçilir. Sərgidə nümayiş olunan “Xarıbülbül” əsəri də Van Qoq stilindədir.

Qeyd edək ki, sərgi 2 ay davam edəcək.

# 131 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər