Gənc istedadlara həsr olunmuş musiqi festivalı keçiriləcək

Gənc istedadlara həsr olunmuş musiqi festivalı keçiriləcək
3 sentyabr 2026
# 13:20

İspaniyanın Qranada şəhəri 3-5 sentyabr tarixlərində gənc musiqi istedadlarına həsr olunmuş "Neorama" gəzici festivalının ilk buraxılışına ev sahibliyi edir.

Kulis.az xəbər verir ki, İspaniya Musiqi Gəncləri Konfederasiyasının 75 illiyi münasibətilə təşkil edilən festival çərçivəsində caz, klassik, rok, pank və elektronika kimi müxtəlif janrlarda 40 konsert təqdim olunacaq.

Tədbirdə İspaniyanın müxtəlif bölgələrindən 500-dən çox gənc iştirakçı yer alacaq.

Tarixi və mədəniyyət abidələri ilə zəngin olan "Teatro del Generalife", "Auditorio Manuel de Falla" və "Carmen de los Mártires" kimi məkanlarda baş tutacaq festival gənc musiqiçilərin peşəkar səhnəyə addım atması üçün bir platforma rolunu oynayır.

Festival sentyabrın 5-də inklüziv sənət layihəsi olan "SuperArte" konserti ilə yekunlaşacaq.

# 136 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər