Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli yazıçı, ədəbiyyatşünas-alim, pedaqoq, professor Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı” kitabının müzakirəsi və təqdimat mərasimi keçirilib.
Kulis.az xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, millət vəkilləri, incəsənət və elm xadimləri iştirak ediblər.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov tədbirin dahi şairin 530 illik yubileyinə töhfə olduğunu bildirib.
- Mişel Uelbek və ümidsizlik günahı - Culian Barns
- Hər şey yağışa görədir - Əziz Nesinin hekayəsi...
- Yaradıcılıq Fondunun “Sönməyən Ulduzlar Teatrı”nın premyerası keçirildi
Təqdimat mərasimində muzeyin kolleksiyasından böyük şairin obrazı və poeziyasını əks etdirən əsərlər nümayiş etdirilib. Həmçinin Füzuli poeziyasına bəstələnmiş klassik əsərlər və muğam triosunun ifaları təqdim olunub.
Qeyd edək ki, kitab ötən il Almaniyanın Giesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə edilib. Bir neçə ölkədə nəşrin təqdimatı keçirilib.