İki il əvvəl “siyasi səbəblərə görə” kinonu tərk etdiyini açıqlayan fransız aktrisa Adele Haenel indi isə Tunisdən Qəzzaya yola çıxacaq “Global Sumud” flotiliyasına qoşulub.
Kulis.az xəbər verir ki, ərəbcə “dirəniş” mənasını verən “Sumud” adlı flotiliya İsrailin iyun və iyul aylarında qarşısını aldığı əvvəlki cəhdlərdən sonra sentyabrın ortalarında Qəzzaya çataraq humanitar yardım çatdırmağı hədəfləyir.
Qeyd edək ki, ötən cümə axşamı Barselonadan hava şəraitinə görə çıxa bilməyən dəstənin bu dəfə 100 nəfərlə Tunisdən yola çıxması hədəflənir.