Filmimiz Qran-priyə layiq görülüb

Filmimiz Qran-priyə layiq görülüb
15 aprel 2025
# 09:12

11-14 aprel tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində XII Beynəlxalq “Umid” Kinoforumu keçirilib.

Kulis.az xəbər verir ki, kino tədbirində ölkəmiz iki ekran əsəri ilə – Azər Quliyevin “Sanki yoxsan” və Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” filmləri ilə təmsil olunub.

“Sanki yoxsan” filmi münsiflər heyəti və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilərək beynəlxalq müsabiqənin baş mükafatı – Qran-priyə layiq görülüb.

Azərbaycan və Fransanın birgə istehsalı olan “Sanki yoxsan” filminin quruluşçu rejissoru Azər Quliyev, baş prodüseri Mehman Fətullayev, prodüseri Əli-Səttar Quliyev, quruluşçu rəssamı Quram Navrozaşvilidir.

Qeyd edək ki, Fransanın “LaLuna” şirkətinin istehsalı olan “Sanki yoxsan” filmi ötən ilin may ayında 77-ci Kann Beynəlxalq Film Festivalının qısametrajlı filmlər müsabiqəsində nümayiş etdirilmişdi.

# 343 dəfə oxunub

Müəllifin son yazıları

# # #