Filarmoniyanın yanvar ayı üçün tədbirlər planı açıqlandı

Filarmoniyanın yanvar ayı üçün tədbirlər planı açıqlandı
5 yanvar 2026
# 17:08

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının yanvar ayı üçün tədbirlər planı açıqlanıb.

Kulis.az xəbər verir ki, ilk konsert yanvarın 7-də təşkil olunacaq. Bəstəkar V.A.Motsartın 270 illiyinə həsr olunacaq “Nadir klassik musiqi axşamı”nda Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Konserti dirijor, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

Ay ərzində sənət ocağının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin çıxışları nəzərdə tutulur.

Həmçinin Filarmoniyada 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.

Eyni zamanda “Əliağa Vahid - ədəbi-musiqili poeziya gecəsi”, Abonement – 3 və “Simurq” layihəsinin qaliblərinin qala-konserti təşkil olunacaq.

# 168 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər