Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq
16 yanvar 2026
# 15:43

Yanvarın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbirdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə çıxış edəcək.

Anım mərasiminin proqramında Azərbaycan və dünya klassik musiqisinin dəyərli nümunələri yer alıb. İfa olunacaq əsərlər arasında Q. Qarayevin “İldırımlı yollarla” baletindən final səhnəsi, A. Məlikovun “Axırıncı aşırım” simfonik poeması, A. Əlizadənin “Muğamvari” IV simfoniyasının final hissəsi, S. Barber'in məşhur “Adagio” əsəri xüsusi yer tutur.

Bu musiqi gecəsi milli yaddaşımıza həkk olunmuş 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, musiqinin dili ilə hüznü, qüruru və xalqımızın sarsılmaz ruhunu əks etdirəcək.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası hər kəsi bu mənalı anım mərasimində iştirak etməyə dəvət edir. Giriş sərbəstdir.

# 120 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər