Fantast yazıçı vəfat etdi

Fantast yazıçı  vəfat etdi
8 sentyabr 2025
# 11:45

Elmi - fantast yazıçı Vasili Golovaçov vəfat edib.

Kulis.az xəbər verir ki, 77 yaşındakı yazıçı uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Golovaçov 1948-ci ildə Bryansk vilayətinin Jukovka şəhərində anadan olub.

O, 1960-cı illərdə “Gənc Qvardiya” redaksiyasında karyerasına başlayıb.

Yazıçı ümumilikdə 60-dan çox roman yazıb.

Həmçinin, 2004-cü ildə fantastika sahəsindəki xidmətlərinə görə “Aelita” mükafatına layiq görülüb.

Qeyd edək ki, onun “Smersh-2”, “Qara adam” və “Relikt” kimi əsərləri milyonlarla tirajla nəşr olunub.

# 195 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər