Eyfel qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi hərraca çıxarılacaq

Eyfel qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi hərraca çıxarılacaq
11 aprel 2026
# 12:30

Eyfel qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi satışa çıxarılıb.

"Euronews"un məlumatına görə, bu hissə 21 may tarixində "Artcurial" tərəfindən təşkil edilən hərracda təqdim olunacaq və onun 120–150 min avro arasında qiymətə satılacağı gözlənilir.

Təxminən 2,75 metr hündürlüyündə olan bu metal konstruksiya vaxtilə qüllənin ikinci və üçüncü mərtəbələrini birləşdirirdi.

Pilləkən Qustav Eyfel tərəfindən layihələndirilmiş qüllənin 1889-cu ildə açılışı zamanı istifadə olunub, lakin 1983-cü ildə aparılan yenidənqurma işləri zamanı sökülüb.

Qeyd edək ki, daha əvvəl oxşar bir hissə 2016-cı ildə 523 min avrodan çox qiymətə satılmışdı.

# 85 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər