"Evdə tək" filminin ulduzu vəfat etdi

"Evdə tək" filminin ulduzu vəfat etdi
2 fevral 2026
# 11:50

Məşhur "Evdə tək" filminin ulduzu Katerin O'Hara 71 yaşında Los-Ancelesdəki evində vəfat edib.

Kulis.az xəbər verir ki, aktrisanın agentliyi ölümün qısa müddət əvvəl üzə çıxan xəstəlikdən sonra baş verdiyini açıqlayıb, lakin detallı səbəb göstərilməyib.

O’Haranı geniş tamaşaçı kütləsi "Evdə tək" filmində Kevinin anası obrazı ilə tanıyıb.

Onun komediya karyerasının zirvəsi isə "Schitt's Creek" serialındakı Moira Rose rolu sayılır.

Qeyd edək ki, serial son mövsümündə "Emmy" mükafatlarını qazanaraq televiziya tarixində xüsusi yer tutmuşdu.

# 173 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər