Əsgərlərin Kamal Sunalla danışması niyə qadağan edilib?

Əsgərlərin Kamal Sunalla danışması niyə qadağan edilib?
23 oktyabr 2023
# 14:34

Məşhur türkiyəli aktyor Kamal Sunalın həyat yoldaşı Gül Sunal aktyorun əsgərlik xatirələrindən danışıb.

Kulis.az xəbər verir ki, komandir əsgərlərə Kamal Sunalla danışmağa icazə verməyib:

“Kamal əvvəlcə universitetə, sonra teatra və kinoya gedərək hərbi xidmətini təxirə saldı. O, hərbi xidmətə çox gec başladı. Əsgərlikdə mübahisəsi düşübmüş. Əsgər yoldaşları Kamalı mühasirəyə alıblar. Utancaq Kamal ehtiyatlı davranıb. Komandir əsgərlərə onunla danışmağı qadağan edib. O, 25 gün heç kimlə danışmayıb".

“Davaro” filminə hərbi xidmətdə olduğu zaman çəkilibmiş:

"1981-ci ildə filmə görə ona bir ay məzuniyyət veriblər. "Davaro" mənim ən çox sevdiyim filmlərindən biridir".

Qeyd edək ki, Kamal Sunal 2000-ci ildə dünyasını dəyişib.

Gül Sunal: Əsgərlərə Kamalla danışmağa qadağa qoyuldu - 1

# 625 dəfə oxunub

Müəllifin son yazıları

# # #