Ənvər Həsənovun qızı: "Nazirlik atamın qəbirüstü abidəsinin hazırlanmasından imtina etdi"

Ənvər Həsənovun qızı:  "Nazirlik atamın qəbirüstü abidəsinin hazırlanmasından imtina etdi"
13 oktyabr 2025
# 13:37

Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina edib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atası dünyasını dəyişəndən bir neçə gün sonra ailə abidənin hazırlanması üçün Mədəniyyət Nazirliyinə müraciət edib.

“Atamın vəsiyyəti belə idi ki, anamın yanında – ailə qəbiristanlığında dəfn olunsun. Hətta atamın vəziyyəti ağır olanda bu barədə nazirliyə məlumat vermişdim. Sonradan bizə bildirdilər ki, atam Fəxri xiyabanda dəfn olunmadığı üçün qəbirüstü abidəni hazırlaya bilməzlər”, – deyə Xalq artistinin qızı əlavə edib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlansa da, cavab verilməyib.

Qeyd edək ki, Xalq artisti bu ilin mart ayında vəfat edib.

# 392 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər