Emir Kusturitsa Rusiya vətəndaşlığı almağı planlaşdırır

Emir Kusturitsa Rusiya vətəndaşlığı  almağı planlaşdırır
29 oktyabr 2025
# 13:20

Serb rejissoru və ssenarist Emir Kusturitsa Rusiya vətəndaşlığı almağı planlaşdırır.

Kulis.az xəbər verir ki, rejissor mətbuata müsahibəsində yeni filmin çəkilişlərini başa vurduqdan sonra bu addımı atacağını bildirib.

Onun sözlərinə görə, əvvəlcə Valentin Rasputinin “Son müddət” (“Последний срок”) adlı povesti əsasında çəkilən filmi tamamlayacaq, daha sonra isə Rusiya pasportu üçün sənədləri rəsmiləşdirəcək.

Rejissor deyib ki, filmin ssenarisi artıq hazırdır. Bundan sonra Kusturitsa “Lavr” (Yevgeni Vodolazkinin romanı əsasında) və “Mən "Cinayət və cəza"nı niyə çəkmədim” adlı layihələr üzərində işləməyi planlaşdırır.

Qeyd edək ki, sonuncu filmdə əsas rolu “Oskar” mükafatına namizəd rus aktyor Yura Borisov canlandıracaq.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər