25 oktyabr saat 19.00-da Şəhriyar adına Mədəniyyət Mərkəzində "Gəncədən Bakıya" layihəsi çərçivəsində Gəncə Dövlət Filarmoniyasının Estrada Ansamblının müşayiəti ilə sevilən bəstəkar Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı baş tutacaq.
Kulis.az xəbər verir ki, konsertdə filarmoniyanın solistləri "Şükriyyə", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Aman ayrılıq" və bəstəkarın digər sevilən mahnılarını ifa edəcəklər.
- Kötük baba - Xəyal Rza yazır...
- Xəlil Rza Ulutürk onun üçün ağız açmışdı...
- Professor Şirindil Alışanlı vəfat etdi
Qeyd edək ki, "Bakıdan Gəncəyə", "Gəncədən Bakıya" layihəsi çərçivəsində Azərbaycan bəstəkarlarının klassik əsərləri, estrada mahnıları təbliğ olunur.