Tanınmış qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü dəfn olunub.
Kulis.az APA-ya istinadən xəbər verir ki, əvvəlcə mərhumun Buzovna qəsəbəsindəki evində vida mərasimi keçirilib.
- “Zəngəzur sənətkarlığı” adlı sərgi keçiriləcək
- Dostoyevskinin bu kitabını kim oxuyar?
- Oqtay Mirqasımov: "İbrahimbəyovun kinonu necə məhv etdiyini görmüşəm"
Mərasimdə sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak edib.
Vida mərasimi bitdikdən sonra mərhumun cənazəsi Buzovnadakı "Əli ayağı" qəbiristanlığına aparılaraq dəfn olunub.
Qeyd edək ki, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü uzun sürən xəstəlikdən sonra dünən vəfat edib.