Elzanın bu geyimi muzeydə nümayiş olunacaq

Elzanın bu geyimi muzeydə nümayiş olunacaq
9 dekabr 2025
# 11:50

Əməkdar artist Elza Seyidcahanın Göyçayda Nar Festivalında geyindiyi xüsusi libas muzeydə nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, müğənni bu barədə “Xəzər axşamı” proqramında məlumat verib.

Onun sözlərinə görə, Göyçay İcra Hakimiyyəti libası bəyənərək muzey ekspozisiyasına daxil etmək istəyib və Elza Seyidcahana “Nar şahzadəsi” titulunu da təklif ediblər.

Müğənni əlavə edib ki, həmin geyim festival üçün xüsusi olaraq hazırlanıb.

# 230 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər