Elon Mask ilə Netflix arasındakı gərginlik artır

Elon Mask ilə Netflix arasındakı gərginlik artır
6 oktyabr 2025
# 12:35

Amerikalı milyarder Elon Mask X platformasında “Uşaqlarınızın sağlamlığı üçün "Netflix"i ləğv edin” ("Cancel Netflix for the health of your kids") çağırışı ilə sözügedən platformaya abunəliklərin kəsilməsini təşviq edib.

Kulis.az xəbər verir ki, bütün bu qalmaqalın mərkəzində isə bir uşaq cizgi filmi dayanır.⁠

Mask "Netflix"də yayımlanan "Dead End: Paranormal Park" adlı animasiya seriyasını tənqid edib. Seriyada baş qəhrəmanın cinsi azlıq olduğu açıq şəkildə göstərilib.⁠

Milyarder həmin cizgi filminə qarşı etiraz kampaniyası başladıb və bu, "Netflix"in səhmlərinin 5 faizə qədər dəyərdən düşməsinə səbəb olub.

Qeyd edək ki, o, bu məzmunu "uşaqlar üçün seksuallaşdırılmış və ideoloji təsir edən məzmun" adlandırıb.

# 117 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər