Əli İsa Cabbarov: "Azərbaycan filmini itirmək üzrəyik"

Əli İsa Cabbarov:  "Azərbaycan filmini itirmək üzrəyik"
5 mart 2024
# 12:53

"Azərbaycan filmini itirmək üzrəyik".

Bu sözləri kino ittifaqlarının birləşmə konfransının açılışında rejissor Əli İsa Cabbarov deyib.

O, daha sonra əlavə edib:

"2012-ci ildən etibarən Azərbaycanda kino ictimaiyyəti ağır imtahanlarla üzləşdi. Bütün bunlara baxmayaraq, birliyin, sənətə bağlılığın hər şeydən üstün olduğu göründü. Hamınız şahidsiniz ki, bizim birgə fəaliyyətimiz onsuz da yüksək səviyyədə həyata keçir. Bircə bunun hüquqi tərəfini həll etmək qalıb. Rəhbər orqanlar seçilməlidir ki, qarşımızda duran kinomuzla bağlı bütün problemləri həll edə bilək. İctimai təşkilatlar birləşərək Kino Agentliyinə öz dəstəklərini göstərməlidir. Biz bir olmalıyıq ki, dövlətimiz kino siyasətini uyğun olaraq həyata keçirə bilsin. Mənə elə gəlir ki, istənilən qərarın qəbul edilməsində bir hədəfimiz olmalıdır, o da kinomuzun inkişaf etməsi və qələbəsi. Baxmayaraq ki, Vətən müharibəsinin qalibi bizik, amma Ermənistan bu mövzuda filmlər çəkir. Azərbaycan filmini itirmək üzrəyik. Təcili tədbirlər görməliyik və istehsala başlamalıyıq".

Ülvi Bahadır

# 482 dəfə oxunub

Müəllifin son yazıları

# # #