Eldar Qasımov “Avroviziya” deleqasiyasından uzaqlaşdı

Eldar Qasımov “Avroviziya” deleqasiyasından uzaqlaşdı
10 mart 2026
# 14:15

Eldar Qasımov “Avroviziya 2011” qalibi olaraq fəaliyyət göstərdiyi deleqasiyanın musiqi prodüseri vəzifəsindən uzaqlaşdığını açıqlayıb.

Kulis.az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə ona ünvanlanan şərhlərə cavab verərkən məlumat verib.

Eldar bildirib ki, artıq müsabiqə ilə heç bir əlaqəsi yoxdur.

“Yaxşısınız? Yoxam bu il deleqasiyada”, – deyə Qasımov (12xal - red.) yazıb.

Qeyd edək ki, son bir neçə ildir Azərbaycan təmsilçilərinin finala keçməməsi səbəbindən sosial şəbəkələrdə Eldar Qasımov tənqid edilirdi. İstifadəçilər onu işarələyərək “istefa” sözünü yazırdılar.

Əlavə edək ki, Azərbaycanı "Avroviziya 2026" müsabiqəsində JİVA “Just Go” mahnısı ilə təmsil edəcək. Yarışma Vyana şəhərində keçiriləcək. Birinci yarımfinal 12 may, ikinci yarımfinal 14 may, böyük final isə 16 may 2026-cı ildə baş tutacaq.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər