Əfsanəvi caz vokalisti vəfat etdi

Əfsanəvi caz vokalisti vəfat etdi
3 sentyabr 2026
# 13:00

Dərin, melankolik və janrlarüstü kontralto səsi ilə tanınan əfsanəvi amerikalı caz vokalisti Kassandra Vilson 70 yaşında Missisipi ştatının Cekson şəhərindəki evində vəfat edib.

Kulis.az xəbər verir ki, sənətçinin vəfatı barədə məlumatı meneceri Robert Torro açıqlayıb.

İki "Qremmi" mükafatı sahibi olan və 2001-ci ildə "TIME" jurnalı tərəfindən "Amerikanın ən yaxşı müğənnisi" seçilən Vilson, müasir blyuz, caz və folklorun sərhədlərini yenidən müəyyənləşdirən ifaları ilə tanınırdı.

Sənət yolu ərzində "Blue Light 'Til Dawn", "New Moon Daughter" və "Loverly" kimi uğurlu albomlara imza atan müğənni, həmçinin 1997-ci ildə Musiqi üzrə "Pulitser" mükafatı qazanan ilk caz əsərində — Uinton Marsalisin "Blood on the Fields" oratoriyasında əsas vokal partiyalarından birini ifa etmişdi.

2022-ci ildə "NEA Jazz Master" fəxri adına layiq görülən ifaçının ölüm səbəbi açıqlanmayıb.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər