"Duster" ləğv edildi

"Duster"  ləğv edildi
10 iyul 2025
# 11:00

1970-ci illərdə cərəyan edən cinayət serialı “Duster” ilk mövsümündən sonra "HBO Max" platformasından yığışdırılıb.

Kulis.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Final seriyası bir neçə gün əvvəl yayımlanan serialın premyerası may ayında baş tutub. Əsas Coş Hollouey və Reyçel Hilson canlandırır.

Layihənin baş prodüserləri LaToya Morqan və J.J. Abramsdır.

"HBO Max"in yaydığı açıqlamada deyilir:

“"HBO Max" olaraq "Duster"i davam etdirməyəcəyik. J.J. Abrams və LaToya Morqana təşəkkür edirik".

Qeyd edək ki, J.J. Abrams eyni zamanda “Batman: Caped Crusader” adlı animasiya serialının icraçı prodüseridir. Həmin serial əvvəlcə "HBO Max"da yayımlanmalı idi, lakin sonradan "Amazon Prime Video" platformasına keçdi..

# 123 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #