Düşənbədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Düşənbədə  Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
19 may 2025
# 09:10

Mayın 19-22-də Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Nazirliyi məlumat yayıb.

İlham Əliyev və İmoməli Rəhmon tərəfindən 2024-cü ilin 23 may tarixində Bakıda “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb.

Qeyd edək ki, 2007-ci ildə Azərbaycanda ilk dəfə Tacikistan Mədəniyyət Günləri, 2008-ci ildə isə dost ölkədə mədəniyyət günlərimiz keçirilib.

# 74 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #