Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış edəcək

Dövlət Uşaq Filarmoniyası  konsert proqramı ilə çıxış edəcək
9 sentyabr 2025
# 18:00

Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə keçirilən festivalda Dövlət Uşaq Filarmoniyasının iştirakı nəzərdə tutulub.

Kulis.az xəbər verir ki, proqramda Uşaq Filarmoniyasının xalq çalğı alətləri orkestri və ansamblı, nəfəsli alətlər ansamblı, həm oğlanlar, həm də qızlardan ibarət rəqs kollektivləri, vokal və xor sinifləri, fortepiano və skripka ifaçıları dahi bəstəkarın bir-birindən dəyərli əsərlərini ifa edəcəklər.

Festival çərçivəsində nəzərdə tutulan konsert sentyabrın 26-da başlayacaq.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər