Dövlət Film Fonduna nadir videoxronika materialları daxil oldu

Dövlət Film Fonduna nadir videoxronika materialları daxil oldu
14 yanvar 2026
# 15:00

Azərbaycan Dövlət Film Fonduna bir sıra bədii filmlərin çəkiliş məqamlarını əks etdirən nadir videoxronika materialları daxil olub.

Kulis.az xəbər verir ki, çəkiliş materialları Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədri, Əməkdar mədəniyyət işçisi Əli Məmmədov tərəfindən təhvil verilib.

Uzun illər ərzində bir sıra filmlərdə kaskadyorluq və trüklərin quruluşu işini həyata keçirən kino xadimi, eyni zamanda, şəxsi təşəbbüsü ilə bu prosesin çəkilişini aparıb.

“Təhvil verilən materiallar Azərbaycan Dövlət Film Fondunda rəqəmsallaşdırılıb, videoçarx şəklində hazırlanıb. Arxiv görüntülərində “Kənar adamlar”, “Cavad xan”, “Qarabağdır Azərbaycan”, “Sahə”, “Əlavə təsir” və “Dolu” filmlərinin çəkiliş prosesi əks olunub”, - deyə Cəmil Quliyev bildirib.

# 93 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər