İyunun 4-də Azərbaycan Rəngkarlığı Muzeyində musiqi və poeziyanı birləşdirən “DJ ilə poeziya” adlı tədbir keçiriləcək.
Kulis.az xəbər verir ki, tədbir çərçivəsində elektron musiqisində 10 ildən çox təcrübəsi olan Rövşən Tağıyev və şairlər Lalə Həsənova, Arzu Muradova, Atika Əliyeva, Qasım Xəlilov və Leyla Qurbanova çıxış edəcəklər.
Şairlər rəssam Ucal Haqverdiyevin şeirlərini səsləndirəcəklər.
- Tanrıya şükr etmək üçün hər şey... - Əlibalanın yeni şeirləri
- Yeni ədəbi mükafat təsis edilib
- Yəhudi atalar sözü: Qadınlar az danışsaydı...
Tədbirdə iştirak ödənişsizdir.