Dinara Əliyeva Bolşoy Teatrında konsert verdi

Dinara Əliyeva Bolşoy Teatrında  konsert verdi
18 dekabr 2025
# 12:32

Opera müğənnisi, Azərbaycanın Xalq artisti, Bolşoy Teatrının solisti Dinara Əliyeva Bolşoy Teatrının yeni səhnəsində konsert verib.

Kulis.az xəbər verir ki, “Vivere l'arte” adlı konsert müğənninin karyerasında əlamətdar bir hadisə olub və dünya opera klassiklərinin əsərlərini birləşdirib.

Tədbirin proqramına müğənninin peşəkar karyerasının əsas mərhələlərini və bədii prioritetlərini əks etdirən opera ariyaları və vokal əsərləri daxil edilib. Dinara Əliyevanın ifasında Cüzeppe Verdi, Cakomo Puççini, Pyetro Maskaninin operalarından ariyalar və vokal əsərləri, eləcə də rus və dünya klassiklərindən əsərləri səsləndirilib.

# 83 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər