Azərbaycan əsilli rus müğənni Coni (Cahid Hüseynli) Türkiyədəki konsertlərini ləğv edib.
Kulis.az xəbər verir ki, bu haqda o öz sosial media hesabında məlumat yayıb.
O bildirib ki, buna səbəb təşkilatçının səhhətində problem yaranması və xəstəxanaya yerləşdirilməsi olub.
Qeyd edək ki, Coni İstanbul və Antalyada konsert verməyi planlaşdırırdı.