“Space”ə rəhbər təyin olundu

“Space”ə rəhbər təyin olundu
20 may 2021
# 17:15

Müşfiq Hətəmov Space telekanlının rəhbəri təyin olunub.

Bu barədə Kulis.az APA-ya istinadən məlumat verir.

O, bu gün kollektivə təqdim olunub.

Müşfiq Hətəmov 8 il “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik edib. Həmin illərdə 120-ə yaxın gənc “Azərbaycanfilm” kinostudiyasında sınaqdan çıxarılıb, onların içindən rejissorlar, operatorlar, işıqçılar, rəssamlar, səs rejissorları və s. yetişib. Müşfiq Hətəmovun təşəbbüsü ilə müasir Azərbaycan kinosunda yeni bir mərhələnin başlanğıcı üçün “Kinematoqrafiya haqqında qanun” hazırlanaraq Milli Məclisə təqdim edilib.

Əgər 2011-ci ilə qədər Azərbaycan filmlərinin çəkiliş prosesində daha çox İran, Rusiya və Türkiyə mütəxəssislərinə yer verilirdisə, 2012-ci ildən sonra istehsalata buraxılan ekran əsərlərinin mütləq çoxluğunu yerli mütəxəssislər təşkil edib. Bu müddətdə Azərbaycan kinosu beynəlxalq arenada uğurla təmsil olunub, 154 festivalda 81 mükafat qazanıb.

Ümumiyyətlə isə bu dövrdə 20 tammetrajlı bədii, 17 qısametrajlı bədii, 13 sənədli olmaqla 50 film çəkilib. Müşfiq Hətəmov “Nabat”, “Dolu”, “Nar bağı”, “Yarımçıq xatirələr”, “Qisas almadan ölmə”, “Qırmızı bağ”, “Axınla aşağı”, “Üçüncü günün adamı” və s. filmlərin prodüseridir.

# 1846 dəfə oxunub

Müəllifin son yazıları

# # #