"CinemaPlus"un rəhbəri: "Azərbaycanda kinoteatr biletlərinin qiyməti xeyli aşağıdır"

"CinemaPlus"un rəhbəri:  "Azərbaycanda kinoteatr biletlərinin qiyməti xeyli aşağıdır"
21 aprel 2023
# 12:30

"Azərbaycanda kinoteatr biletlərinin qiyməti bir sıra ölkələrlə müqayisədə xeyli aşağıdır".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumu çərçivəsində "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" panelində "CinemaPlus" Kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə deyib.

O, çıxışı zamanı filmlərin kinoteatrda nümayişindən minimum 2 il sonra televiziya və onlayn platformalarda yayımlanmasını təklif edib: "Tamaşaçının kinoteatra marağını artırmaq üçün bu edilməlidir. Tamaşaçı bilməlidir ki, film kinoteatrdan başqa yerdə əlçatan deyil".


"Biz kinodan pulu daha çox reklamlardan qazanırıq. Bu gün Azərbaycan başqa bir sıra ölkələrlə müqayisədə kinotetrda bilet qiymətləri ucuzdur", - deyə Z. Darabzadə əlavə edib.

# 1261 dəfə oxunub

Müəllifin son yazıları

# # #