Hollivudun məşhur komediya aktyoru Cim Kerri təqaüdə çıxmaq qərarından imtina edərək kinoya iddialı geri dönüş edəcək.
Kulis.az xəbər verir ki, "Warner Bros." kinostudiyasının investorlar iclasında verdiyi rəsmi bəyanata əsasən, ulduz aktyor 64 illik tarixə malik "Cetsons" ("The Jetsons") elmi-fantastik cizgi serialının yeni versiyasında baş rolu canlandıracaq.
Daha əvvəl "Grinch", "Lemony Snicket's A Series of Unfortunate Events" və son olaraq "Sonic the Hedgehog" silsiləsində “Dr. Robotnik” obrazı ilə yaddaqalan 62 yaşlı aktyorun yeni layihəsinin 2027-ci ildən sonra nümayiş olunması planlaşdırılır.
Ekran işinin rejissor kürsüsü üçün "Jurassic World" filmi ilə tanınan Kolin Trevorrow ilə danışıqlar aparılır.
Ssenarinin isə Co Epşteyn ilə birgə qələmə alınacağı gözlənilir.
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb
Müəllifin son yazıları
Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq işləri yeni sənədli filmdə
11:20
7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi
10:26
7 avqust 2026
"İnsanın adını dəyişməklə taleyini də dəyişmək olarmı?" - Rabindranat Taqorun "Fəlakət" romanından fəsillər
10:00
7 avqust 2026