“Cəfər Xəndan-115” adlı kitab sərgisi açılıb

“Cəfər Xəndan-115” adlı kitab sərgisi açılıb
9 may 2025
# 14:10

Milli Ktabxanada XX əsr Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan görkəmli Azərbaycan şairi, tənqidçi, ədəbiyyatşünas Cəfər Xəndanın anadan olmasının 115 illiyi münasibətilə “Cəfər Xəndan-115” adlı kitab sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə müəllifin əsərləri, tərtibçisi və redaktoru olduğu, tərcümə etdiyi, həyatı və yaradıcılığı haqqında kitablar, sözlərinə bəstələn­miş musiqi notları və dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.

Cəfər Xəndan həm də dahi Nizaminin, Xaqaninin, Ömər Xəyyamın, Heyran xanımın bir çox əsərlərini ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə edib.

Qeyd edək ki, alimin vəfatından sonra nəşr edilən "Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” monoqrafiyası, son altmış ildə sabirşünaslığın əldə etdiyi ən böyük nailiyyətlərdən biri kimi qiymətləndirilir.

# 110 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #