Castin Biber 4 ildən sonra yeni albom buraxdı

Castin Biber 4 ildən sonra yeni albom buraxdı
28 iyul 2025
# 15:00

Dünya şöhrətli kanadalı müğənni Castin Biber 2021-ci ildən sonra ilk dəfə yeni albomla musiqisevərlərin qarşısına çıxıb.

Kulis.az xəbər verir ki, “Svaq” sənətçinin ata olmasından sonra yayımladığı ilk albomdur.

Biberin gözlənilmədən təqdim etdiyi albom fanatları tərəfindən sürprizlə qarşılanıb.

Qeyd edək ki, Castin Biber daha əvvəl məşhur “Sorry” və “Baby” albomlarının müəllif hüquqlarını “Hipgnosis” musiqi şirkətinə satmışdı. Qeyri-rəsmi məlumatlara əsasən, sövdələşmənin dəyəri 200 milyon dollar olub.

“Svaq” ümumilikdə 21 mahnıdan ibarətdir.

# 116 dəfə oxunub

Müəllifin son yazıları

# # #