Bu ölkə kinoteatrlardan 47 milyard qazandı

Bu ölkə kinoteatrlardan 47 milyard qazandı
6 yanvar 2022
# 19:00

Çində kinoteatrların kassa yığımı ötən il 47 milyard yuan (7,37 milyard ABŞ dolları) təşkil edib.

Kulis.az xəbər verir ki, COVID-19 pandemiyasının mənfi təsirlərindən sonra özünə gələn Çinin kino sənayesi kassa yığımının məbləğinə görə dünyada ilk sıradadır. Ötən il Çin kinoteatrlarında 82 mindən çox ekran əsəri nümayiş olunub. Kassa yığımının 84 faizi yerli istehsal filmlərdən əldə olunub.

Qeyd edək ki, son illər Çinin kino sənayesi sürətlə inkişaf edir. 2020-ci ildə də Çin kinoteatrların ümumi kassa yığımı üzrə dünyada birinci olmuşdu.

# 1012 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #