Britaniyanın “Avroviziya”dakı uğursuzluğu araşdırılacaq

Britaniyanın “Avroviziya”dakı uğursuzluğu araşdırılacaq
18 sentyabr 2026
# 15:30

Böyük Britaniya parlamentinin Rəqəmsal, Mədəniyyət, Media və İdman Komitəsi ölkənin "Avroviziya" mahnı müsabiqəsindəki uğursuz nəticələrini araşdırmağa hazırlaşır.

Kulis.az xəbər verir ki, "Look Mum No Computer" layihəsinin bu il cəmi 1 xalla sonuncu olması parlament üzvlərinin etirazına səbəb olub.

Mühafizəkarlar Partiyasından olan komitə sədri Kerolayn Dayneic problemlərin mahnı seçimindən, səhnə şousundan, yoxsa başqa amillərdən qaynaqlandığını müəyyən etmək üçün “BBC” və musiqi ekspertlərinin dinləniləcəyini bildirib.

Britaniya müsabiqədə 2016-cı ildən bəri cəmi üç dəfə ilk 20-liyə düşə bilib, üç dəfə isə sonuncu yeri tutub.

Qeyd edək ki, Britaniyanın son 15 ildəki tək uğuru 2022-ci ildə Sem Rayderin 2-ci yerə çıxmağı olub.

# 58 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər